Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistan yeni silah bazarı AXTARIR

89 Baxış

“Ermənistan yeni keyfiyyətli silahlar əldə etmək imkanını nəzərdən keçirir, artıq müəyyən nəticələr var”.

Turanmedia.az-ın məlumatına görə, konkret.az “Interfax”a istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

“Son bir il ərzində biz yeni imkanları nəzərdən keçirdik. Biz çoxlu qapıları döymüşük. Və bu, təbii prosesdir”, – o, bildirib.

Papikyanın sözlərinə görə, söhbət yeni silahlardan gedir.

Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan silah əldə etmək üçün imkanlarını genişləndirir.

Qeyd edək ki, “The Economic Times” qəzeti Hindistanın Ermənistana 245 milyon dollar dəyərində silah satacağını yazıb. Hindistanın “Solar Group” şirkəti “Pinaka” reaktiv yaylım atəş sistemlərinin alınması ilə bağlı müqavilənin bağlandığını bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678