Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Putin sağlam deyil, gözlənilməz vəziyyətlərə hazır olmalıyıq”

71 Baxış

Putin sağlam düşüncəyə malik olmadığından, biz gözlənilməz vəziyyətlərə hazır olmalıyıq.

Turanmedia.az-ın məlumatına görə, “Ölkə.Az” xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Culian Smit deyib.

Onun sözlərinə görə, bu baxımdan ABŞ və NATO müttəfiqləri istənilən fövqəladə vəziyyətə hazır olmalıdırlar.

O əlavə edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi bir çox NATO ölkələrini təəccübləndirib, çünki Putinin hərəkətləri istənilən siyasi, iqtisadi və ya hərbi məntiqə ziddir.

Smit hesab edir ki, Rusiyanın müasir rəhbərliyinin Qərb təfəkkür tərzini qəbul etmək artıq mümkün deyil.

“İnanıram ki, onlar öz strateji məqsədlərinə nail ola bilməyiblər, lakin biz onu da qəbul edirik ki, Putin heç də həmişə öz strateji məqsədlərini və niyyətlərini imkanlarla uzlaşdırmır. Ona görə də hesab edirəm ki, biz onun göstərdiyi hər hansı rasional mülahizələrə qarşı diqqətli olmalıyıq. O sağlam düşüncəyə malik olmayan və gözlənilməz addım atmağa qadir birisidir. Buna görə də hesab edirəm ki, biz hər hansı gözlənilməz vəziyyətlərə hazır olmalıyıq. Ona görə də hesab edirəm ki, ABŞ və NATO Rusiyada və Ukrayna ətrafında baş verənlərə diqqət yetirməlidirlər”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678