Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məktəbli qızın telefonu partladı, xəstəxanaya yerləşdirildi

69 Baxış

Moskvada 12 yaşlı qız smartfonun partlaması nəticəsində yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Turanmedia.az Milli.Az-a istinadən bildirir ki, bu barədə “SHOT” Telegram kanalı yazıb.

Məlumata görə, tənəffüs zamanı Nekrasovkada məktəb şagirdi məhəccərə söykənərək telefonun batareyasını sıxıb. Cibindən tüstü çıxanda qız telefonu çıxarıb atıb və cihaz alışıb. Yanğını hadisə zamanı yaxınlıqda olan tarix müəllimi söndürüb.

Paylaşımı müşayiət edən fotoşəkillərdə tüstülənən smartfon, həmçinin yaralı qızın yanmış əli əks olunub. Məktəbli qız xəstəxanaya yerləşdirilib. Həkimlər ona birinci dərəcəli yanıq diaqnozu qoyublar.

Məktəb direktoru Maya Bulayeva faktı təsdiqləyib. Onun sözlərinə görə, təhsil müəssisəsinin əməkdaşları hadisəyə tez reaksiya veriblər: telefonu söndürüblər, həkimləri çağırıblar və xəsarət alana ilkin tibbi yardım göstəriblər. “Həkimlərin müayinəsinin nəticələrinə görə, uşağın xəstəxanada qalmasına ehtiyac olmayıb. İndi şagird evdədir. Tətildən sonra qız məktəbə qayıdacaq”, – o deyib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678