Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Biz Kremlin düşmən qüvvələrinə dözə bilmərik, Fransa Rusiyanı Ermənistandan çıxarmalıdır” – Arşakyan

71 Baxış

“Rusların xəyanətinin cəzasını biz verməliyik. İlk növbədə, Putinin bütün layihələrində iştirakdan əl çəkməli, Aİ və NATO-ya üzvlük istiqamətində birbaşa kurs tutmalıyıq”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə erməni analitik Tevos Arşakyan öz məqaləsində yazıb:

Ermənistandakı rusiyayönlü beşinci kolon hazırkı hakimiyyətə qarşı hücuma keçərək onları “ölkəni Rusiyadan qoparmaq” cəhdində ittiham edir. Onlar Mirzoyanın Moskvaya getməkdən imtina etməsini və Paşinyanın rus sülhməramlılarına qarşı ittihamlarını bir növ Kremlə demarş kimi qiymətləndirirlər. Məsələn, Ermənistan Respublika Partiyasının (RPA) sədr müavini Armen Aşotyan baş naziri Nikol Paşinyanın Azərbaycanla birgə Rusiyanı gözdən salmaq üçün Laçın dəhlizində oyun qurduğunu deyib: “Bu oyunun məqsədi Rusiyanın təkcə reputasiyasını zədələmək və ona uzunmüddətli geosiyasi zərbələr vurmaq deyil”, – Aşotyan bildirib”.

HAŞİYƏ: Təbii ki, Aşotyanın bu fikirləri kökündən yanlışdır və erməni siyasətçi öz mənfur xislətini həm də Azərbaycana qarşı yönəltmək məqsədi güdür. Azərbaycanlı ekofəallar aksiya keçirməklə yalnız tapdalanan hüquqların bərpasını tələb edirlər, sülhməramlıların öz missiyalarını düzgün yerinə yetirməsini və separatçıların təbii sərvətlərimizi talamasının qarşısının alınmasını istəyirlər. Yəni Azərbaycanın tələbləri beynəlxalq qanunlar çərçivəsindədir. O ki, qaldı Rusiyanın məqsədinə və ya İrəvanla-Moskva arasındakı münasibətlərə, bu, Azərbaycanı qətiyyən maraqlandırmır. Bizə yalnız öz dövlət və millət maraqlarımızın təmin olunması lazımdır.

Daha sonra erməni analitik fikirlərini belə davam etdirir: “Kreml başa düşür ki, rusların xəyanətindən yorulub Qərbə üz tutan, xarici siyasətini kor-koranə Moskvanın arxasınca deyil, Paris və Vaşinqtona yaxınlaşmaqla quran Ermənistanı itirmək üzrədir. İlk dəfə deyil ki, Fransa həm Ermənistanı, həm də “Artsax” ermənilərini (separatçılar – red) müdafiə etmək üçün bu qədər fədakarlıq göstərir. Amma nə Rusiya hökuməti, nə də ruslar bizi müdafiə etmirlər. Yəni “strateji müttəfiqimiz” və təhlükəsizliyimizin təminatçısı hesab edilən ölkə bizi vecinə almır”, – deyə Arşakyan yazıb.

HAŞİYƏ: Ermənistan qucaq dəyişməyə, öz strateji müttəfiqlərinə xəyanət etməyə öyrəşən bir dövlətdir. Uzun illər Rusiyanın dəstəyi ilə varlığını qoruyub saxlamağa nail olan Ermənistanın indi də Fransaya doğru yön alması təəccüblü deyil. Birincisi ona görə ki, Paşinyan və Makronun “iki bacı” olduğu bütün dünyaya məlumdur. İkincisi, Rusiya İrəvanın ikili siyasətini gördüyündən və Türkiyə-Azərbaycan tandeminin güclü olduğunu anladığından İrəvandan üz döndərib. Fransa isə regionda maraqlarını təmin etmək üçün Ermənistanı əski parçası kimi istifadə edərək tullayacaq. Sadəcə İrəvanda hələ bunu anlamaq istəmirlər.

“Bu gün “Artsax”da və Ermənistan ətrafında baş verənlərin hamısı Kreml tərəfindən sanksiyalaşdırılıb. Ona görə uzun illər Qafqazda “Rusiyanın forpostu” adlandırılan ölkə biganəlik görür. Bu səbəbdən də, rusların xəyanətinin cəzasını biz verməliyik. İlk növbədə, Putinin bütün layihələrindən əl çəkməli, Aİ və NATO-ya üzvlük istiqamətində birbaşa kurs tutmalıyıq. İkincisi, Rusiya hərbçilərini Ermənistandan və “Artsax”dan çıxarmaq lazımdır. Onların yerini beynəlxalq qüvvələr, ilk növbədə, Fransa və ABŞ hərbçiləri tutmalıdır. Biz Rusiyanın düşmən qüvvələrinə dözə bilmərik, hər an arxamızdan bıçaq vura bilərlər. Və nəhayət, beynəlxalq platformalarda Rusiyaya səs verməyi dayandırmalıyıq”, – deyə Arşakyan fikirlərini tamamlayıb.

HAŞİYƏ: Yuxarıda qeeyd etdiyimiz kimi, Ermənistan və Rusiya arasındakı münasibətlər bizi qətiyyən maraqlandırmır. Azərbaycan güclü dövlətdir, bizim Türkiyə kimi strateji müttəfiqimiz var və istənilən təxribata cavab verməyə hazırıq. Ancaq ermənilər bir məsələni tamamilə yaddaşlarından silməlidirlər: Azərbaycan torpağı olan Qarabağa heç vaxt Fransa, ABŞ və ya digər beynəlxalq qüvvələrin hərbçisi daxil ola bilməyəcək. Rəsmi Bakı buna heç zaman imkan verməz. Bu yalnız Ermənistanın “şirin yuxu”su ola bilər. O ki, qaldı rus sülhməramlılarına, onların da zamanına az qalıb. Vaxt çatan kimi Qarabağı birdəfəlik tərk edəcəklər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678