Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Voskanyan ÇƏRƏNLƏDİ: “Azərbaycan nəinki 8 kənd, heç 8 qarış torpağımızı tələb edə bilməz”

65 Baxış

“Azərbaycan 8 qarış torpağımızı belə tələb etmək üçün heç bir tarixi əsas təqdim edə bilməz”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu iranşünas Vardan Voskanyan Facebook səhifəsində yazıb. O, Azərbaycanın xarici işlər nazirinin Ermənistanın səkkiz kəndi Azərbaycana geri qaytarması barədə verdiyi bəyanatı öz xislətinə məxsus şərh edib.

“Bakı torpağımızın ən azı səkkiz qarışını tələb etmək üçün Ermənistana heç bir tarixi, mədəni və ya aydın hüquqi arqumentlər təqdim edə bilməz. Ona görə də “müqəddəs torpağımız”ın bir qarışını belə onlara vermək olmaz.

Bayramov Ermənistandakı səkkiz kəndi guya azərbaycanın olduğunu deyib və onun fikrincə, bu kəndlər geri qaytarılmalıdır.

Azərbaycanın hər şeyi “saxta” olduğu kimi, heç bir başqa ölkəyə heç bir tələb irəli sürmək üçün heç bir əsası yoxdur”, – deyə Voskanyan çərənləyib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678