Messi bu göstəricidə də Maradonaya çatdı

19 Baxış

PSJ-nin argentinalı hücumçusu Lionel Messi cərimə zərbəsindən vurduğu qolların sayında həmyerlisi Dieqo Maradonaya çatıb.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Messi buna Liqa 1-in son turunda “Lill”in qapısına yol tapmaqla (4:3) nail olub.

O, bununla da cərimə zərbəsindən qollarının sayını 61-ə çatdırıb və əfsanəvi Maradonanın uğurunu təkrarlayıb.