Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şahbaz Quliyevdən haqqında film çəkilməsinə dair fikirlərə MÜNASİBƏT

119 Baxış

Düşmən girovluğunda olmuş soydaşlarımız haqqında film çəkilə bilər. 

Bu barədə sosial şəbəkələrdə bir sıra müzakirələrə rast gəlinir. 

Belə ki, düşmən girovluğunda saxlanılan Şahbaz Quliyevin 6 il 7 aylıq əzablı həyatını özündə əks etdirən film çəkilməsi ilə bağlı fikirlərə elə özündən münasibət öyrəndik.

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Şahbaz Quliyev bildirib ki, bu fikri ona ətrafında olan insanlar da deyib:

“Yoldaşlar da bu barədə mənə tez-tez fikirlərini bildirirlər. Əsirlik həyatımla bağlı belə bir layihənin hazırlanma ehtimalı varsa, etiraz etmərəm. Sözsüz ki, o günlər mənim yadımdan çıxmır. Amma erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında canlı şahid kimi belə bir layihənin gerçəkləşməsi yaxşı olar. 

Televiziya verilişlərinin birində rejissor Rövşən İsaxın Qarabağ mövzusunda film çəkmək istədiyinə dair fikirlərini eşitdim. Bu barədə heç bir danışıq aparılmayıb, amma rejissorla görüşmək imkanım olsaydı, filmi məhz onun çəkməsini istərdim. Ətrafımdakı yoldaşlar film layihəsinin ictimailəşdirilməsini o qədər istəyiblər ki, hətta filmin adını da düşünüblər – “Qarabağ Əsiri”.  

Belə bir layihə hazırlanarsa ölkə başçısının vətəndaşına qayğısının mütləq şəkildə qeyd olunmasını istərdim. Bizim həyatdan ümidimizi üzdüyümüz bir zamanda belə ölkə başçımız bizim sağ-salamat ailəmizə, vətənimizə qovuşmağımız üçün əlindən gələni etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə tezliklə şəfa versin”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678