Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İspaniya Kubokunun finalında tribuna çökdü

47 Baxış

Dünən “Real Madrid” və “Osasuna” klubları arasında keçirilən İspaniya Kubokunun final oyunu zamanı azarkeşlərin olduğu tribuna çöküb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb.

Məlumata görə, “Osasuna” azarkeşlərinin olduğu tribuna dağılıb. Buna səbəb “Osasuna” azarkeşlərinin Lukas Torronun “Real”ın qapısına vurduğu qolu çılğın şəkildə qeyd etmələri olub. Hadisə nəticəsində bir neçə azarkeş xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, oyun 2-1 hesabı ilə “Real Madrid”in qələbəsilə başa çatıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678