Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qarabağ”a yeni transferlər olacaq? – Tahir Gözəldən AÇIQLAMA

33 Baxış

“Qarabağ” Çempionlar Liqasınını I təsnifat mərhələsinin cavab qarşılaşmasında “Linkoln”u darmadağın (4:0) edərək növbəti mərhələyə vəsiqə qazandı.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, oyundan sonra “Qarabağ”ın prezidenti Tahir Gözəl fikirlərini bildirib. O, transferlərlə bağlı da danışıb:

“Səfərdəki oyunumuz çox ağır alınmışdı. Futbolçuların necə səylə çalışdığını gördüm. Son dəqiqələrdəki qol olmasaydı, məyus olacaqdım. Bu gün öz meydanımızda idik. Azərbaycan gözəl futbola tamaşa etdi. Bəhlul Mustafazadənin qolu Avropa futbolunun keyfiyyətində idi. Hamımız bu qələbəyə sevinirik. Gözəl motivasiya ilə yolumuza davam edəcəyik.

Daha əvvəl üç dəfə Polşalı rəqiblərlə üz-üzə gəlmişik və hamısında qalib gəlmişik. Artıq Avropada zəif klub yoxdur. Bu qitədə 1000-dən çox komanda var. Rəqibimiz güclüdür. Polşa mətbuatı deyir ki, “Qarabağ” kabusu qayıdır. Mən də səfərdəki oyunda olacağam. Bu əzmlə gedərək qələbə ilə qayıtmaq istəyirik.

Bu gün üçün transfer planlaşdırılmır. Kevin Medinanın Türkiyənin “Rizespor” klubuna keçidi baş tutsa, onun yerinə oyunçu ala bilərik.

Yerli klubların güclənməsi bizi sevindirir. Onların qarşısında daha güclü “Qarabağ” var. Avrokubokda gedə bildiyimiz qədər irəli getmək istəyirik”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678