Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qurban Qurbanov: “HİK-lə görüş bizim üçün önəmli oyunlardan biridir”

33 Baxış

Sabah bizim üçün önəmli oyunlardan biridir.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu sözləri “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov avqustun 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”-HİK matçından əvvəl keçirilən mətbuat konfransında deyib.

Qurban Qurbanov futbolçuların sabah keçiriləcək oyunla bağlı hazır vəziyyətdə olduqlarını qeyd edib: “Hər birimiz bu oyuna güclü şəkildə hazırlaşırıq. Sabah rəqib komandanı daha yaxından tanıyacayıq. Komandanın bu gün Bakıya gec gəlməsinin onlara mənfi təsir edəcəyinə inanmıram. Təbii ki, gərginliyimiz var”.

Baş məşqçi HİK-lə oyunda qalib gəlmək istədiklərini də bildirib: “Futbol bizim həyat tərzimizdir. Tofiq Bəhramov adına Respublika Stadionunda uzun müddətdir ki oynamırıq. Sabah uzun müddətdən sonra ilk dəfə orada matça çıxacayıq”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678