Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

CƏSUR AZƏRBAYCAN ƏSGƏRİ, 105 YAŞIN MÜBARƏK OLSUN!

120 Baxış

Bu günləri Azərbaycan əsgərinin – bizim doğma və igid qardaşlarımızın 105 yaşı tamam olur.

Lakin onların yaşı 1918-ci ilə dayanmır. Azərbaycan əsgərinin yaşı, tarixi daha qədimdir. Bu tarix eramızdan əvvələ – Azərbaycanın və burada ilkin cəmiyyətin formalaşdığı dövrə gedib çıxır.

Çünki, Azərbaycanımız çox müharibələrə, çox işğalçıların yürüşlərinə şahid olmuşdur. Azərbaycan insanı özü bir əsgərdir. Bizim insanın isə yaşı yoxdur, deməli, əsgərimizin də yaşı çoxdur. Çünki, bizim insanımız vətənini o qədər çox sevir və müqəddəs tutur ki, o, onun uğrunda hər bir zaman əsgər olmağa hazırdır!

Azərbaycan tarixən hər zaman əsgər yetişdirib və bu gün də yetişdirir. Çünki, xarici düşmənlərə qarşı həmişə tədbirli olmuşuq və xarici təhlükəni gördüyümüz üçün də müntəzir dayanan əsgərlərimiz vardır!

Azərbaycan əsgəri Albaniyalı Cavanşir görmüş, Babək Xürrəmidinə əsgər olmuş, neçə-neçə qanlı müharibələrin iştirakçısı olmuş, Gəncəli Cavad xan Ziyadxanoğlunun sərkərdəliyi altında vuruşmuş, döyüşmüş, öldürülmüş və öldürmüşdür! Vətən, millət anlayışı Azərbaycan əsgəri üçün ən müqəddəs və ən önəmli bir anlayışdır.

Bu, özünü həm 1992-ci ilin Qarabağ müharibəsində və həm də ki, 44 günlük savaşda yetərincə və kifayət qədər göstərmiş oldu. Azərbaycan əsgərinin və silahının gücünü təkcə mənfur düşmən yox, hətta bütün dünya görüb şahid oldu, təsdiq etdi.

Bizim analar dünyaya əsil əsgər gətirir, o əsgər ki, hər bir əməli, hər bir şücaəti, göstərdiyi hər bir qəhrəmanlıq tamamilə ayrı bir dastandır.

Uca Allah-Təalaya(c.c) sonsuz şükürlər və həmd-sənalar olsun ki, heç bir millətə, xalqa bəxş etmədiyi bir neməti Azərbaycan xalqına, xüsusilə də ki, onun əsgərinə vermişdir. Bu nemət vətəni sevməkdir! Uğrunda ölməkdir! Onu allahsız kafirlərdən, işğalçı düşmənlərdən qoruyub mühafizə etmək və kişi kimi sonadək, vuruşub da sonda isə şəhadətə qovuşaraq Haqq-Təalanın müqəddəs dərgahına getməkdir!

Ulu Yaradandan, hər şeyi bilən, görən və eşidən Allahdan Azərbaycan əsgərinə həmişə bol-bol hərbi uğurlar, tükənməz müvəffəqiyyətlər və yüksək nailiyyətlər arzulayıram! Böyük və ucalardan uca olan Allah hər bir Azərbaycan əsgərini sağ-salamat öz ata-anasına qovuşdursun! Allah Azərbaycan əsgərlərini həmişə düşmən üzərində qalib etsin! Amin!

Ərtoğrul Mehdizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678