Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vestel.az-dan sürpriz iyun fürsətləri! – VİDEO

125 Baxış

Türkiyənin sevilən markası – “Vestel” yayın gəlişi münasibətilə möhtəşəm endirim kampaniyasına start verib.

Pandemiya gündəlik həyatımızda çox şeyi dəyişdirdi və yeni vərdişlər qazandırdı. Belə ki, alış-veriş fəaliyyətimiz tamamilə yeniləndi və onlayn sifarişlər gündəlik həyatımızın ayrılmaz parçasına çevrildi.

İndi bu vərdişiniz çoxdan almaq istədiyiniz məhsulları daha sərfəli qiymətlərlə düz evinizə kimi gətirəcək. Siz də evinizin qapısını yalnız keyfiyyətli məhsullara açmaq istəyirsinizsə, “Vestel”in təklif etdiyi bu kampaniya lap ürəyinizcə olacaq. 

Belə ki, 30 iyunadək Vestel.az saytından rəqəmsal cihazları, böyük və kiçik məişət texnikasını və digər texnoloji məhsulları nağd sifarişdə xüsusi endirimlə əldə edə bilərsiniz. Sizin rahatlığınız tam düşünülüb, hətta ödənişi həm onlayn, həm qapıda nağd şəkildə etmək mümkündür.

Kampaniyanın üstünlükləri bununla da bitmir. İyun ayı ərzində Vestel.az saytında kredit kartları ilə edilən bütün sifarişlər ilkin ödənişsiz, faizsiz, xidmət haqqı olmadan və 18 ayadək taksit imkanı ilə təklif edilir.

Bakının mərkəzindən uzaq qalanlar üzülməsin, bu kampaniyadan hər kəs rahat-rahat faydalana biləcək. Çünki Vestel.az saytından məhsul sifariş edərək Bakı, Sumqayıt və Abşeron əraziləri üzrə 4 saata, regionlara isə 24 saata pulsuz çatdırılma və quraşdırılma xidmətindən yararlana bilərsiniz.

Keyfiyyətli Türkiyə texnologiyasını bütün dünyaya əlçatan edən “Vestel”in Azərbaycanda rəsmi distribütoru “Optimal” mağazalar şəbəkəsidir. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678