Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qarabağ”ın prezidenti: “Belə uğura imza atan hansısa klub olmayıb”

33 Baxış

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə səfərdə 2:0 qalib gəldiyi Sloveniya çempionu “Olimpiya” ilə bərabərə qalaraq (1:1) qrup mərhələsinə vəsiqə qazanıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, qarşılaşmadan sonra komandanın prezidenti Tahir Gözəl matçla bağlı fikirlərini jurnalistlərlə bölüşüb:

“Tarixi gündür. Xalqımın bu ləzzəti duyması məni xoşbəxt edir. Bu gün bir daha gördük ki, Avropada kiçik klub yoxdur. Qurban Qurbanov yenə öz məharətin göstərdi. Risk etmədən, səliqəli şəkildə komandanı qruplara daşıdı. Möhtəşəm uğurdur. Heç nədən başlayıb bu yerlərə gəldik. Postsovet ölkələrindən belə uğura imza atan hansısa klub olmayıb. Avropada 10 il ardıcıl qruplara qalan cəmi 16 komanda olub. Onların da əksəriyyəti reytinqin hesabına birbaşa qruplarda qalıb. “Qarabağ” kimi mərhələlər keçərək gəlməyib”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678