Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Millət vəkili: “Şəhid və qazi ailələrinə çox ciddi güzəştlərin tətbiq edilməsini təklif edirik”

152 Baxış

“44 günlük müharibədən sonra banklar tərəfindən şəhid və qazi ailələrinə çox ciddi güzəştlərin tətbiq edilməsini təklif edirəm. Azərbaycan Banklar Assosiasiyası bu istiqamətdə iş görür, lakin Mərkəzi Bank da bu məsələlərə diqqət yetirsə, yaxşı olar”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitənin üzvü Vahid Əhmədov deyib.

“Ümumiyyətlə, istərdik ki, hələ əmanətlər tam sığortalansın. Çünki gələcəkdə bizi nə gözləyir, pandemiya nə vaxt başa çatacaq hələ bilinmir. Eyni zamanda bizi işğaldan azad edilmiş ərazilərin bərpası prosesi də gözləyir. Amma qanun layihəsində göstərilən limit məbləği də qənaətbəxş hesab edirəm”, – deyə V.Əhmədov bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678