Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sifarişlərin daşınması onlayn ödəniş etməklə həyata keçiriləcək – VİDEO

165 Baxış

Növbəti onlayn xidmət növü istifadəyə verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin nəzdində “ADY Express” MMC-dən verilən məlumata görə, sifarişlərin onlayn ödəniş xidməti müştərilərə təqdim edilib.

Belə ki, artıq, müştərilərin ödəniş üçün banka getmək ehtiyacı minimallaşdırılaraq sifarişlərin ödənişi üçün onlayn ödəniş xidmətindən istifadə edə bilərlər. Şirkətin müştəriləri sifariş təsdiq olunandan sonra onlayn Şəxsi Kabinetə daxil olaraq “Ödə” düyməsini sıxaraq şəxsi və ya korporativ kart vasitəsi ilə onlayn ödəniş edə bilərlər. Onlayn ödənişin üstün cəhəti bundan ibarətdir ki, ödəniş həmin anda icra edilir və sifarişin statusu “ödəndi” olaraq dəyişir. Bank köçürməsində olduğu kimi ödənişin hesaba oturmasını gözləməyə ehtiyac qalmır.

Qeyd edək ki, bu vaxta qədər şirkət bir sıra onlayn xidmətləri istifadəyə verib. “ADY Express” MMC müştərilər üçün, şəxsi kabinetindən istifadə edərək, onlayn sifariş etmək, göndərdiyi yüklərin sərhəddən keçməsi ilə bağlı daşıma sənədləri və hesabatları görmək imkanı yaradıb. Eyni zamanda müştərilər “qapıdan-qapıya” servisindən də istifadə edə bilirlər.

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678