Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ötən mövsümün ən yaxşı futbolçusu açıqlandı

29 Baxış

2022/2023 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu ada İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Holann layiq görülüb.

Qalibin adı Fransanın Monako şəhərində keçirilən qrup mərhələsinin püşkatma mərasimində açıqlanıb.

Norveçli forvard səsvermədə “şəhərlilər”dəki komanda yoldaşı, belçikalı yarımmüdafiəçi Kevin De Bruyne və ötən mövsümü Fransa PSJ-sində keçirən argentinalı hücumçu Lionel Messini qabaqlayıb.

Qadınlar arasında ötən mövsümün ən yaxşısı adına isə İspaniya yığmasının və “Barselona” klubunun yarımmüdafiəçisi Aitana Bonmati layiq görülüb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678