Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanlılar Türkiyədə “Mübariz”lə qalib gəldi

66 Baxış

İstanbul Yıldız Texniki Universitetinin Elektronika və kommunikasiya fakültəsinin azərbaycanlı tələbələrindən ibarət olan “DroneX” komandası “Texnofest-2023” festivalı çərçivəsində Türkiyədə təşkil edilən “Pilotsuz Uçuş Aparatları” (PUA) beynəlxalq müsabiqəsində Milli Qəhrəman Mübariz İbrahimovun adını verdikləri dronla ən yüksək nəticə göstəriblər.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, azərbaycanlı tələbələrin işi 100-dən çox komandanın rəqabət apardığı final mərhələsində qızıl medala və kuboka layiq görülüb.

Qeyd edək ki, komandanın mükafatı bu gün təqdim ediləcək.

Xatırladaq ki, tələbələrimiz layihəni “Palmali Holdinq”in dəstəyi ilə həyata keçirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678