Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dünyanın ən yaxşı futbolçusu mükafatına namizədlər açıqlanıb

34 Baxış

Beynəlxalq Futbol Federasiyası FİFA ilin sonunda dünyanın ən yaxşı oyunçusuna verilən “The Best” mükafatına namizədləri açıqlayıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Mükafat uğrunda 12 futbolçu mübarizə aparır ki, onlardan beşi Çempionlar Liqasının qalibi olan “Mançester Siti”də çıxış edir.

Namizədlərin siyahısı tərtib edilərkən futbolçuların 2022-ci il dekabrın 19-dan 2023-cü il avqustun 20-dək olan müddətdə göstərdikləri performans nəzərə alınıb.

Ən yaxşı mükafata namizədlər:

Kevin De Bruyne, Bernardo Silva, Erling Haaland, Julian Alvarez, Rodri (hamısı Mançester Siti), Xviça Kvaratsxeliya, Viktor Osimhen (hər ikisi Napoli), İlkay Gündoğan (Mançester Siti/Barselona), Lionel Messi (PSJ/İnter Mayami), Kilian Mbappe (PSJ), Deklan Rays (Vest Hem/Arsenal), Marselo Brozoviç (İnter/Əl-Nasr).

Qadınlar arasında da mükafata 12 iddiaçı məlum olub:

Aitana Bonmati, Linda Kaysedo, Reyçel Deyli, Kadidiatu Diane, Keytlin Ford, Meri Fauler, Aleks Qrinvud, Cennifer Hermoso, Lindsi Xoran, Amanda İlestedt, Lauren Ceyms, Sem Kerr, Mapi Leon, Hinata Miyazava, Salma Paraluelo, Kira Uolş.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678