Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Millimizin rəqiblərinin matçı atışmaya görə təxirə salındı

36 Baxış

Avro-2024-ün seçmə mərhələsində keçirilən Belçika – İsveç oyunu atışma səbəbindən təxirə salınıb.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, matçın keçirildiyi stadionun yaxınlığında İsveçin iki vətəndaşı öldürülüb.

Görüşün ilk hissəsi 1:1 hesabı ilə başa çatıb. Hər iki yığmanın oyunçuları hadisə səbəbindən meydana çıxmaq istəməyiblər.

Qeyd edək ki, hər iki komanda millimizin yer aldığı qrupun təmsilçiləridir. Bu qrupun digər matçında millimiz Bakıda Avstriyaya 1-0 uduzub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678