Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda bu klubun baş məşqçisi istefa verdi

27 Baxış

“Kəpəz” baş məşqçisi Azər Məmmədovla yolları ayırıb.

Turanmedia.az xəbər verir ki, bu gün “Qarabağ”a 1:7 hesabı ilə uduzan Gəncə klubunun təcrübəli çalışdırıcısı istefa vermək qərarına gəlib.

O, hətta klubun azad azarkeş qrupu “Xəmsə”nin rəhbəri Müşviq Məmmədova sabah istefa verəcəyini deyib.

Mütəxəssis rəhbərliyə getmək istədiyini, istefa ərizəsini sabah onlara təqdim edəcəyini bildirib.

Qeyd edək ki, “Kəpəz” Azər Məmmədovun rəhbərliyi altında 12 oyunda yalnız bir qələbə qazana bilib. (İdmanxeber.az)


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678