Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyəli iş adamı Yunanıstan klubunu alır

28 Baxış

Məşhur türkiyəli iş adamı, jurnalist Acun İlıcalı Yunanıstanın “Atromitos” klubunun səhmlərini satın almağa hazırlaşır.

Turanmedia.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı xəbər verir.

“Artıq tanınmış iş adamının apardığı danışıqlar yekun mərhələyə çatıb” – mənbə yazır.

Məlumat üçün qeyd edək ki, “Atromitos” Yunanıstan çempionatında doqquz turdan sonra altı xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Acun İlıcalı həmçinin İngiltərənin “Hall Siti” və İrlandiyanın “Şelburn” klublarının sahibidir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678