Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Baharın on yeddi anı”nın aktyoru vəfat etdi

178 Baxış

Rusiyalı teatr və kino aktyoru, rejissor, şair və yazıçı Valentin Qaft 12 dekabrda 85 yaşında vəfat edib.

Bu barədə TASS-a mərhumun həyat yoldaşı Olqa Ostroumova məlumat verib.

“Bəli, o, aramızdan getdi”, – deyə o bildirib.

V. Qaft 2 sentyabr 1935-ci ildə Moskvada anadan olub. 1969-cu ildən “Sovremennik” teatrının truppasında çalışıb, aktiv filmlərdə rol alıb.

Aktyor “Baharın on yeddi anı”, “Salam, mən sizin xalanızam!” kimi məşhur filmlərdəki rolları ilə xatırlanır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678