Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu ölkə “Avroviziya-2024″də iştirak etməyəcək

30 Baxış

Rumıniya builki “Avroviziya” mahnı müsabiqəsində iştirak etməyəcək.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Televiziyasının İnzibati Şurası məlumat yayıb.

Buna səbəb Rumıniyanın beynəlxalq rəqabətdə daha yüksək standartlara uyğun iştirakını təmin etmək üçün kifayət qədər vəsaitə malik olmaması göstərilir.

Qeyd edilir ki, Rumıniya 1993-cü ildən müsabiqədə iştirak edir. 2016-cı ildə milli televiziyanın Avropa Yayım Birliyinə borcu olduğu üçün ölkəyə müsabiqədə iştiraka icazə verilməyib.

Builki “Avroviziya” müsabiqəsi mayın 7, 9 və 11-də İsveçin Malmö şəhərində keçiriləcək.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678