“Beşiktaş” “Antalyaspor”a məğlub oldu

17 Baxış

Türkiyə Super Liqasının XI turunda “Beşiktaş” səfərdə “Antalyaspor”un qonağı olub.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, qarşılaşmada meydan sahiblərinin qələbəsi ilə nəticələnib.

İlk hissədə yeganə qolu əlavə edilmiş ikinci dəqiqədə C.Tosun vurub.

İkinci hissə meydan sahibləri üçün uğurlu başlayıb. 46-cı dəqiqədə D.Saric, 50 və 57-ci dəqiqələrdə S.Yehezkal fərqlənib. Qalan vaxt ərzində “Beşiktaş” bu qollardan yalnız birinin əvəzini çıxa bilib. 79-cu dəqiqədə C.Muleka hesabı 3:2 edib.

Qələbə sayəsində “Antalyaspor” 15 xalla 8-ci pilləyə yüksəlib. 19 xalı olan “Beşiktaş” beşincidir.