Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qurban olasan bu mahnıya”

59 Baxış

Müğənni Sahib İbrahimovla dueti 14 il sonra trend olan ifaçı Bəturə Hüseynova həmkarı haqda paylaşım edib.

Sənətçini “Sənin xətrinə” duetini İbrahimovun sosial şəbəkə hesabında paylaşmaması qəzəbləndirib.

B.Hüseynova insanlardan videolara yalnız öz adını etiketləməyi xahiş edib:

“Ömür boyu bir adamı reklam edib durdum. O qədər paxılsan ki, bu qədər paylaşılan dueti sayəmdə izləyicisi artan səhifəndə paylaşmırsan. Qurban olasan bu mahnıya. Daim duet oxuduğum bu şəxsi etiketləyirsiniz. Mən də paylaşıram, reklam olur. Mənə yazırlar ki, bu qədər videonu nə İnstaqram səhifəsində, nə də hekayəsində paylaşır. Xahiş edirəm, sadəcə mənim adımı etiketləyin. Təşəkkürlər”.

Qeyd edək ki, Bəturə Hüseynova hazırda Türkiyədə yaşayır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678