Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qarabağ” – “Bayer 04”ə məğlub oldu

28 Baxış

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv IV turda Almaniyanın “Bayer 04” klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın taleyini 1 qol həll edib. “Qarabağ” güclü rəqibi ilə başabaş mübarizə apardığı matçın yalnız 90+4-cü dəqiqəsində qol buraxıb. İngiltərəli baş hakim Kreyq Pousonun təyin etdiyi penaltini Viktor Bonifeys dəqiq yerinə yetirərək, komandasına 1:0 hesablı qələbə qazandırıb.

Bu qalibiyyət sayəsində xallarının sayını 12-yə çatdıran “Bayer 04” növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. “Qarabağ” isə 6 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” yer aldığı H qrupunda növbəti matçını noyabrın 30-da Norveçdə yerli “Molde”yə qarşı keçirəcək.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678