Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qurban Qurbanovun oğlu “Qarabağ”ın 100-cü qolunu vurdu

112 Baxış
“Qarabağ”ın bu mövsüm vurduğu qol sayı 100-ü keçib.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası buna “Səbail”ə 3:0 qalib gəldikləri oyunda nail olub.

Belə ki, Konfrans Liqasında 18, Azərbaycan Kubokunda 15 qol vuran ağdamlılar liqada 68 dəfə rəqib qapılarına yol tapmağı bacarıb.

Maraqlıdır ki, 100-cü qolu da “Səbail”lə matçda vurulub. Komandanın çalışdırıcısı Qurban Qurbanovun oğlu Musa Qurbanlı 87-ci dəqiqədə fərqlənməklə 100-cü qolun müəllifi olub.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678