Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Millimiz Qazaxıstanı darmadağın etdi

136 Baxış

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda üz-üzə gələcək Azərbaycan və Qazaxıstan milli komandalarının start heyətləri bəlli olub.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, yığmalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 19. Filip Ozobiç, 21. Ozan Can Kökcü

Qazaxıstan: 12. İqor Şatski, 3. Nuralı Alip, 5. İslambek Kuat (k), 6. Abılayxan Jumabek, 7. Aslan Darabayev, 10. Elxan Astanov, 13. Baqdat Kairov, 18. Timur Dosmaqambetov, 20. Ramazan Orazov, 21. Marat Bıstrov, 22. Aleksandr Maroçkin

Qeyd edək ki, bu gün “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Azərbaycan və Qazaxıstan milli komandaları arasında matç start götürüb.

***

Azərbaycan komandası 67-ci dəqiqədə qonaqları mərkəzə dəvət edib.

Qazaxıstan seçməsinin heyətində Aleksandr Maroçkin avtoqol müəllifi olub.

***

73-cü dəqiqədə Ozobiç ikinci topu rəqibin qapısından keçirib: 2- 0

***

90-cı dəqiqədə millimizin oyunçusu Anatoli Nuriyev 3-cü topu komandamıza qazandırıb: 3 – 0

***

Beləliklə, UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirən Azərbaycan yığması rəqibini 3:0 hesab ilə məğlub edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678