Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Belçika millisinin baş məşqçisi istefa verib

70 Baxış

Futbol üzrə Belçika millisinin baş məşqçisi Roberto Martines istefa verib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə 49 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatında Xorvatiya ilə qolsuz heç-heçə etdikləri F qrupunun III tur oyunundan sonra mətbuat konfransında açıqlama verib. O, yığmadakı vəzifəsindən ayrıldığını açıqlayıb.

Martines 2016-cı ildən “qırmızı şeytanlar”a rəhbərlik edirdi.

Qeyd edək ki, Belçika millisi 4 xalla qrupu 3-cü pillədə başa vurub və mundialla vidalaşıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678