İsrail ilk dəfə bunu etdi: “Cənub”a çağırış!
8 Baxış

İsrail ordusu ilk dəfə Qəzzanın cənub rayonlarının əhalisini dərhal evlərini tərk etməyə və sığınacaqlarda gizlənməyə çağırıb.
Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ÇAXAL-ın məlumatında deyilir.
İsrail təyyarələrindən atılan elanlarda Xan Yunisin şərq məhəllələrinin sakinlərinə müraciət olunur:
“Təhlükəsizliyiniz üçün siz dərhal yaşayış yerlərinizi tərk edib sığınacaqlara getməlisiniz”.
Qeyd edək ki, İsrail müharibə başlayandan indiyədək qəzzalıları zolağın şimalından cənubuna köçməyə çağırıb. Hazırda isə əməliyyatlar cənuba yönəlir.