Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir küçələrinin yeni təhlükəsi: Nə etməli?

207 Baxış

Turanmedia.az xəbər verir ki, bir neçə gün öncə Mingəçevirdə istirahət zolağında skuter 8 yaşlı qızı vuraraq ona xəsarət yetirib.Bu kimi hadisə artıq artmaqda davam edir. Şəhərin ərazisində elektroskuter sürənlərin sayı artıb. Skuterlər şəhəri cənginə alıb desək, yanılmarıq. Bu da piyadalar üçün yeni təhlükəyə çevrilib. Sürətlə parkda, yollarda hərəkət edən bu nəqliyyat vasitəsi təhlükə yaradır.
Təhlükə yaradan skuterlərlə bağlı nə etmək lazımdır? Bu suala Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov jurnalistlərin suallarını cavablayıb.Başçı bildirib ki, son zamanlar İnsanlar daha çox bu nəqliyyat növünə meyillənirlər:” Təəssüf ki, Mingəçevir şəhərində skuterlərə görə infrastruktur hələ qurulmayıb. Mən tələb qoymuşam ki,bu kimi nəqliyyat vasitələri bu gündən şəhərdə olmamalıdır. Yalandan da məni ittiham edirlər ki,icra başçısı icazə verib. Bəli,mən qanunu fəaliyyətin tərəfdarıyam, gedin bələdiyyəyə park bələdiyyənin balansındadır.Əgər o yer insanlara mane törətmirsə müəyyənləşsin verilsin. Onlar üçün parklarda xüsusi zolaqlar ayrılmalıdır ki, xüsusi velosiped zolaqlarında hərəkət etsinlər. Hazırda Skuterin və digər bu kimi nəqliyyat vasitələrin hərəkəti üçün Mingəçevir “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” qərarına uyğun işlərin görülməsini planlaşdırırıq. “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” məqsədi ilə Mingəçevir Şəhər İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə də imzalanmışdır. Kimsə pul qazanmaq üçün dərhal ortaya kimlərinsə adını atır və bu adla qanunsuz hərəkətlər edir. Biz buna heç vaxt göz yuma bilmərik. Mənim qərarım qətidir,şəhərin pols şöbəsinə,bələdiyyəyə demişəm. Bu işlərlə baglı ciddi tədbirlər görsünlər. Ümumi olaraq, düşünürəm ki, skuterlərdir, velosipedçilərdir, moped sürücüləridir, bunlarla bağlı daha təkmil qayda-qanunlara ehtiyac var”.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678