Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə koronavirus xəstəsi olan qadın digərlərinin də sağlamlığı üçün təhlükə yaradıb.

256 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlar tərəfindən keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Yevlax rayon sakini Gülnaz İsmayılzadə koronavirus infeksiyasına yoluxduğu üçün ona ev şəraitində müalicə təyin edilib. Lakin o, yaşadığı ünvanı tərk edib və kənar şəxslərlə ünsiyyətdə olub. Həmin qadın tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
G.İsmayılzadə barəsində Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Esmira Hidayətova  //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678