Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Niyə “bundan da betər olacaq” fikri aşılanır, heç düşündünüzmü?

41 Baxış

“Dünyada ədalət axtarma” fikri həmişə aktual mövzu kimi müzakirə olunur. “Yoxdur”, “hər şey pisdir”, “günü-gündən daha pis olacaq”, “betər olacaq” və s. kifayət qədər neqativ düşüncələr dilə gətirilir, bunun da məqsədyönlü təbliğatı aparılır. Sanki hansısa qüvvələr insanların gözünə pərdə salıb qlobal güclərin planlarından diqqəti yayındırmaqla məşğuldur. Sanki ona görə qeyd olunmalıdır ki, bunu konspirologiya ilə əlaqəlandirməsinlər. Amma qeyd etmək yerinə düşər ki, elə uydurma adlandırılan xəbərlər və ya mövzular həqiqətə daha çox yaxın olur. Çünki insanlar əsas problemi görmür və ya görmək istəmir. Ya Yaradanı qınamağa, ya da əzazil xarakter almağa köklənilir. Kimdənsə qisas almaq istəyir, amma bilmir kimdən… Nəhayətində, müxtəlif ölkələrdə, ərazilərdə xaotikliyin yaranmasına şərait yaradırlar. Kimlərsə bundan yüksək səviyyədə istifadə edib öz qazanclarını əldə etsinlər. Zatən müasir dövrün ağıllı sayılan insanları qarışıqlıqdan məharətlə yararlanan şəxslərə deyilir. İşbazlar üçün ən münbit şərait məhz elə belə vəziyyətlərdir.

Əsas gözə soxulan tezislərdən biri də “Afrikadakı aclıq”dır. Dünyaya humanistlik məfhumunu sırıyan güclər özləri bu anlayışı məhv edib insanların fikirlərini qarışdırır. Bu baxımdan “parçala idarə et” prinsiplərini ən işlək və ən “uğurlu” layihələri hesab etmək olar. Təsəvvür edin, bu gün özünü humanist hesab edən tərəflər bir-biri ilə əlbəyaxa çıxacaq qədər mübahisə edir. Əsas amaldan uzaqlaşan “haqq tərəfdarları” artıq eqosuna görə, “öz dediyim düzdür” fikrinə əsasən, polemikalar qururlar. Artıq humanistlik uğrunda qaldırılan mövzu məqsəd və məramından uzaqlaşır. Nəhayətində, yenə problemin həllinə yönəlik addımlar atılmır, problemin özü havada oynayır.

Uzun-uzadı bu mövzunun üzərində qalmaq mənasızdır. Çünki aydınlıq istəyən, həqiqətən, insanların canına yanan, bəşəriyyətin rifahını istəyənlər mütləq gec-tez nəyin necə olduğunu anlayacaq.

Xırda misalla yekunlaşdıraq. Bəsit sayıla bilər, amma diqqət ediləsi məqamdır. Böyük pullar fərdlərə ayrılır, o böyüklükdə vəsaitləri də xərcləməyə yerlər artıq çoxdan təşkil olunub. Necə deyərlər, “o pulun özü qədər dərdi var”. Amma nüfuzlu kürsülərdən milyonlarla insanın acından öldüyü, müxtəlif ərazilərin yaşanmaz halda olduğu səsləndirilir. Məsələn, mən bir dəfə dünya futbolunda futbolçulara çox pulların xərcləndiyini söyləmişdim, amma mənim yanlış düşüncədə olduğum bildirilmişdi. Bunu deyən adam gecə-gündüz əziyyət çəkib “çörəkpulu” üçün vuruşan biri idi.

Hamı elə ən başda qeyd etdiyimiz kimi danışır, deyir… Hamı nədənsə narazıdır. Bir çoxlarının elə narazılıq yaradan nüanslarda aşağı-yuxarı öz payı var.

Təqdim edəcəyimiz video, əslində, çox şeyi deyir. Bəli, videoda hər şey aydındır, amma texnologiya sayəsində. Əvvəllər heç bunun da fərqinə varılmırdı. Yəni bir tərəfdə böyük pulların havaya boş-boşuna səpildiyi, digər tərəfdə isə aclıqdan əziyyət çəkən milyonlarla insanın olduğu və bunun üzərindən “işlər” görüldüyü məlum olur. / ölkə.az /

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678