Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu dəfə də sirli sütun Britaniyada peyda oldu – FOTO

171 Baxış

Böyük Britaniyanın Uayt adasında sirli sütun peyda olub.

“Sky News” xəbər verir ki, bundan əvvəl eyni hadisə ABŞ-ın iki ştatında (Yuta, Kaliforniya) və Rumıniyada da baş verib.

Britaniyada sözügedən sütunu yerli sakin Tom Danford sevgilisi ilə itini gəzdirən zaman müşahidə edib.

Məşhur Kompton çimərliyində onun diqqətini əksedici səthli olan sirli monolit cəlb edib. Bu barədə həmin şəxs televiziya kanalına danışıb.

Sütun təxminən üç metr (10 fut) hündürlüyündə olub. Onu buraya kimin yerləşdirdiyi məlum deyil.

Həmin sütunu görmək üçün yerli sakinlər adaya axışıblar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678