Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kreditlərə 129,7 milyon manat dövlət zəmanəti verilib – FOTO

183 Baxış

Elektron Kredit Platforması üzərindən biznes kreditlərinə 129,7 milyon manat məbləğində dövlət zəmanəti verilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

“Zəmanət subsidiya mexanizmi çərçivəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2021-ci ilin ilk beş ayı ərzində Elektron Kredit Platforması üzərindən kredit tələbatı 224,1 milyon manat olan 847 müraciət üzrə yeni biznes kreditlərinə 129,7 milyon manat məbləğində dövlət zəmanəti verilib”, – deyə, nazir bildirib. 

Mikayıl Cabbarov əlavə edib ki, pandemiyadan zərər çəkmiş sahələrə dəstək tədbirləri çərçivəsində mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə sahibkarlardan indiyədək 5 463 müraciət daxil olub:

“Bunlardan 4 497-nə (82,3 faiz) subsidiyanın verilməsi barədə müsbət qərar qəbul edilib. Təsdiqlənmiş subsidiyanın məbləği 57 milyon manatdır”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678