Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-ın 28-ci prezidentinin dənizçiyə hədiyyə edilən cib saatı Londonda oğurlanıb – FOTO

185 Baxış

ABŞ-ın 28-ci prezidenti Vudro Vilson tərəfindən britaniyalı dənizçiyə hədiyyə edilən qızıl cib saatı Londonda oğurlanıb.

Bu barədə “Zvezda” xəbər yayıb.

Bildirilir ki, bu saat 1914-cü ildə Ağ Evin başçısı tərəfindən ABŞ-a məxsus “Julia Trubee” şxunasının heyətinin xilas edilməsinə görə dənizçiyə özəl hədiyyə kimi təqdim edilib.

Xatirə xronometrinə “ABŞ prezidentindən “Nubian” paroxodunun kapitanı Çarlz Lourensə” yazısı həkk olunub.

Mütəxəssislərin fikrincə, oğurlanan əşyanın dəyəri təxminən 27 min dollardır (45 900 AZN). 14 karat ağırlığında olan zinət əşyası Britaniyanın paytaxtında antik mağazada saxlanılıb, oradan isə 12 dekabr tarixində naməlum şəxs tərəfindən oğurlanıb.

Bildirilir ki, oğru özünü vazalardan biri ilə maraqlanan kimi göstərərək satıcı ilə sövdələşməyə başlayıb. Qiymətdə razılığa gəlinmədikdə satıcı vazanı rəfə qoymaq üçün üzünü çevirib, bu zaman həmin şəxs saatı oğurlayıb.

Hazırda hüquq-mühafizə orqanları cinayətkar axtarır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678