Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Təyyarə hərəkətdə olarkən qapını açıb, göyərtəni tərk etdilər – VİDEO

172 Baxış

La Quardia hava limanında “Delta” Hava Yollarına məxsus təyyarə havaya qalxmağa hazırlaşarkən iki sərnişin qapını təkbaşına açıb.

Bu barədə CNN telekanalı xəbər yayıb.

Məlumata görə, Florida sakinləri Antonio Merdok və Brianna Qreco layner uçuş zolağına doğru irəliləyərkən gözlənilmədən yerlərindən qalxıb, kabinaya giriblər və təcili evakuasiya üçün istifadə olunan hava trapını işə salıblar. Onlar hərəkət edən təyyarədə qapını açıb göyərtəni tərk etməyə müvəffəq olublar. Qısa müddət sonra onlar saxlanılıblar.

Merdok və Qreco kabinəyə qanunsuz hərəkətdə ittiham olunur. Merdok həmçinin ziyan vurmaqda və digər insanları təhlükə altına salacaq vəziyyət yaratmaqda günahlandırılır.

Cinayətkarların motivləri barədə məlumat verilmir.

“The New York Times”ın məlumatına görə, Merdok posttravmatik stresdən əziyyət çəkdiyini bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678