Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Bizim üçün çox pis olardı, hazırda zərbələrə ehtiyac yoxdur” – Putin

74 Baxış

Rusiya vaxtında və düzgün hərəkət edir.

Turanmedia.az ölkə.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana səfərinin yekunları ilə bağlı mətbuat konfransında jurnalistlərin nədənsə peşman olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib.

“Xeyr, əlbəttə ki, yox. Krımda 2,4 milyon insan yaşayır, onlar o vaxt götürüb suyu kəsdilər. Qoşunlar məcbur olub gəlib suyu açdılar. Bu, sadəcə olaraq, bizim hərəkətlərimizə bir nümunədir. Biz bu hərəkəti etməsəydik (xüsusi hərbi əməliyyatı -red), onda bizim üçün çox gec və pis olardı. Ona görə də mənim hərəkətlərim vaxtında və düzgündür”, – Putin vurğulayıb.

O bildirib ki, NATO qoşunları ilə Rusiya ordusu arasında birbaşa toqquşma çox təhlükəli addımdır. Bu, qlobal fəlakətə gətirib çıxaracaq.

“Ümid edirəm ki, bu barədə danışanların belə təhlükəli addımlar atmamaq üçün ağlı-düşüncəsi kifayət qədərdir”, – Putin deyib.

Rusiya lideri bildirib ki, Ukraynanı məhv etməyi qarşısına vəzifə qoymayıb. “Hazırda Ukraynaya kütləvi zərbələr endirməyə ehtiyac yoxdur”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678