Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Şuşaya gedəndən sonra ömrüm 3-5 il uzanar” – 28 ildən sonra bitən həsrət – VİDEO

151 Baxış

Şuşa şəhərininin sakinləri olan Allahverdiyevlər ailəsi qazanılan zəfərdən sonra 28 ildir uzaq düşdükləri evlərinin foto və videoları ilə xatirələrini təzələyiblər.

ARB Xəbər komandası həmin Allahverdiyevlər ailəsi ilə bağlı maraqlı süjet hazırlayıb.

Kəmalə Cahidqızı: “Bura bizim qədim şuşalılar, qalalılar bazar başı meydanı deyirdilər. Necə Bakının Tarqovusu, bura da elə. Bir az bekar qalan kimi şuşalılar çıxırdılar meydana gəzməyə. Elə hündür ağaclar var idi, sıx ağaclar, hamısını kəsiblər. Bu binanın 3-cü mərtəbəsində mənim iş yerim idi. Şuşa qəzetinin redaksiyası orada yerləşirdi. Bir dəfə bizə dedilər ki, orada bir Qızıl qaya var. Ondan soruşursan ki, Qızıl qaya qızılın var, o da sənə cavab verir ki, var. Biz də çox sadəlövcəsinə qışqırırdıq ki, qızılın var səsimiz exo verirdi – var, var.

Mən dərk elədim ki, Şuşaya qayıdanda elə ordan çıxdığım yaşda hiss edəcəm, mənə elə gələcək ki, məktəbi yeni bitirmişəm. Ondan sonrakı hissəsini yaşamamışam. Şuşa mənim qayğızsız uşaqlığım idi, yaşaya bilmədiyim gəncliyim idi. İnşallah ki, indi də qayğısız qocalığım olacaq”.

Şuşalılar indi 28 ildir olmadıqları qədər sevincli və xoşbəxtdilər. Artıq bu insanlar Şuşada ilk gedəcəkləri yerləri də müəyyənləşdiriblər.

Cahid Allahverdiyev: “Şəxsən mənim ilk görmək istədiyim şey valideyinlərimin məzarıdır, ondan sonra Cıdır Düzüdüzü, İsa bulağ, Topğana meşəsi. Düşünürdüm ki, yaşımın bu vaxtında vətənimdən bixəbər gedəcəm. Öz-özümə deyirəm ki, Şuşaya gedəndən sonra bəlkə də 3-5 il də ömrüm uzanar”.

Adilə Allahverdiyeva: “Nəyə heyifslənirəm ki, bizim bir dənə də olsun gənclik şəkilimiz yoxdur orda, getdiyimiz, gəzdiyimiz yaylaqlarda, bulaqlarda bircə dənə də şəkilimiz qalmayıb ki, nəvələrimizə göstərək, deyək – bax biz belə yaşamışıq. Ağlımıza gəlməzdi ki, başımıza belə bir şey gələr”.

Dedik bir az Ağdamda qalaq, sonra qayıdarıq. Bir vaxt “qayıdarıq” deyib çıxdıqları Şuşaya Allahverdiyevlər ailəsi yenidən qayıdacaq. Amma düz 28 il sonra. Yəqin ki, indi nə şəkillərini, nə də evlərini qoyduqları kimi tapacaqlar. Lakin onları indi donmuş kadrlardan, daş binadan daha böyük canlı, azad Şuşa gözləyir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678