Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sahibsiz it yeni doğulmuş körpənin həyatını xilas etdi – FOTO

148 Baxış

Filippində sahibsiz it motosiklet sürücüsünü tərk edilən körpənin yanına aparıb.

Bu barədə “Cebu Daily News” xəbər verir.

Məlumata görə, 36 ​​yaşlı Cunrella Fuentesa Revilya yolda motosikllə hərəkət edərkən hürən qara it diqqətini çəkib. Kişi küçə heyvanını izləməyə qərar verib.

İt onu şəhərin zibilxanasının yaxınlığına gətirib. Orada otların üstündə ağlayan körpə olub. Yeni doğulmuş uşaq dəsmalla bükülmüşdü.

Filippinli uşağı götürüb ən yaxın xəstəxanaya aparıb, sonra isə polisə bu barədə məlumat verib.

Polis əməkdaşları uşağın anasını müəyyənləşdirməyə çalışır.

Hazırda körpə sosial işçilərin himayəsindədir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678