Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Oğrular qaçırdıqları avtomobili sahibinin xəstəliyini öyrəndikdən sonra qaytardılar – FOTO/VİDEO

137 Baxış

İtaliyada hüquq mühafizə orqanları bir müddət öncə qaçırılan və içərisində üzrxahlıq məktubu olan avtomobil aşkarlayıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Bildirilir ki, avtomobil Bari şəhər xəstəxanasının həyətindən qaçırılmışdı. Zərərçəkənin qızı “Facebook”da paylaşım edərək “Fiat Doblo”nun dağınıq skelerozdan əziyyət çəkən anasının olduğunu deyib.

Avtomobil əlil insanlar üçün xüsusi təchiz olunmuşdu.

“Əlinizi ürəyinizə qoyun və onu bizə qaytarın”, – deyə qız müraciət edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678