Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Uşağı rentgen edən həkimlər gördükləri mənzərədən şoka düşdülər – FOTO

140 Baxış

Güclü qusma ilə xəstəxanaya gətirilən uşağı rentgendən keçirən həkimlər gördükləri mənzərədən şoka düşüblər. Belə ki, balacanın qarın nahiyyəsində “təsbeh” olub.

Bu barədə “BAZA” “Telegram” kanalı xəbər yayıb. Hadisə Rusiya paytaxtında baş verib.

Məlum olub ki, iki yaşlı uşaq maqnit konstruktordan diyircəkli şarları udub. Onlar isə bir-birinə yapışaraq nazik bağırsağı sıxıb.

Lakin hər şey yaxşı qurtarıb. Cərrahlar dərhal onu əməliyyat edib və maqnitləri çıxarıblar.

Uşağın bağırsağından 10 santimetr kəsilib. Həkimlər bu hadisənin onun gələcək həyatına təsir etməyəcəyini bildirirlər.

Qeyd edək ki, körpələrlə bu cür hallar ilk dəfə baş vermir. Dekabr ayında analoji hadisə Ukraynada yaşanmışdı. O zaman da 3 yaşlı oğlan 30-a yaxın maqnit şar udmuşdu.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678