Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

70 yaşında okeanı kürəklə keçdi, bir milyon sterlinq topladı – VİDEO

156 Baxış

70 yaşlı britaniyalı Frank Rotvell qayıqla təxminən beş min kilometrə qədər üzərək Atlantik okeanı keçməyi bacarıb. Bununla da o, belə bir nailiyyətə müvəffəq olan ən yaşlı insan oldu.

“Haber Global”ın məlumatına görə kişi müstəqil şəkildə 56 gün, 2 saat 41 dəqiqə ərzində qayıqla 4.8 min kilometrdən çox məsafəni qət edib.

Bu səfərə hazırlaşmaq və məşq etmək 18 ay çəkib. Ancaq Rotvell nəticənin bütün əziyyətlərə dəydiyini deyib: 

“Finiş xəttinə yaxınlaşarkən özümü olduqca emossional hiss edirdim. Bu uğurlu və inanılmaz səyahətimdən qürur duyuram”, – deyə o vurğulayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678