Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İran qırıcısı sərhədimizdə bu cür uçub – Foto

52 Baxış

Xəbər verdiyimiz kimi, İran İslam Respublikasına məxsus hərbi təyyarə bu gün fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, İran hərbi təyyarəsinin uçuş istiqamətini əks etdirən görüntü yayılıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678