Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Seysmoloq: “Partlayışın alovla çıxması onu göstərir ki, bu, palçıq vulkanının püskürməsidir”

122 Baxış

“Partlayışın alovla çıxması onu göstərir ki, bu, palçıq vulkanının püskürməsidir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, partlayışla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşların ilə birgə müşahidə aparılır:

“Burada partlayışın müddəti və yalnız alovla çıxması palçıq vulkanının püskürməsinə işarə edir. Çünki nə Xəzərdəki platformalarda, nə dənizdəki quyularda, eləcə də Xəzərdəki gəmilərdə hər hansı bir qəza qeydə alınıb. Xəzərdə çoxlu sayda palçıq vulkanları var. Onlardan birinin püskürməsi səbəbindən partlayış olub”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678