Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Peruda qaydanı pozan qadın cərimə əvəzinə öpüş verdi – VİDEO

141 Baxış

Peruda koronavirus pandemiyası səbəbindən tətbiq edilən küçəyə çıxma qadağasını pozan gənc xanım polis tərəfindən saxlanılıb.

“Haber Global”ın məlmatına görə, polislə bir qədər söhbət etdikdən sonra qayda pozucusu cərimə olunacağını anlayıb. Bunun qarşısını almaq üçün xanım maskasını aşağı endirərək polisi öpüb. Polis isə öz növbəsində, xanımı cərimə etmək əvəzinə, ona öpüşlə qarşılıq verib.

Baş verənlər küçə dirəyində quraşdırılmış kamera vasitəsilə qeydə alınıb. Hislərinə hakim ola bilməyən polis əməkdaşı artıq işdən azad edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678