Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kəndli öz bağında diri-diri basdırılmış uşağı taparaq, onu xilas etdi – FOTO

124 Baxış

Uqandanın Kisoro bölgəsində kənd sakini bağçasında diri-diri basdırılmış körpəni tapıb və onu xilas edib.

Bu barədə “Chimp Reports” xəbər yayıb.

Bildirilir ki, Coviya Nyiranone bağçasında işləyərkən torpaqdan çıxan ayaq görüb. Diqqətlə baxanda bunun başıaşağı basdırılmış uşaq olduğunu anlayıb.

Dərhal yeri qazan qadın uşağı çıxardıb. Körpənin hələ də nəfəs aldığını görən qadın baş verənlər barədə qonşularını və hökuməti xəbərdar edib.

Təqribən bir həftəlik olduğu müəyyənləşən uşaq polis idarəsinə, oradan da xəstəxanaya aparılıb.

Yerli hökumət nümayəndələri təqsirkarı tapmaq və cəzalandırmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678