Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bir gecədə on kliniki ölüm keçirdi – FOTO

144 Baxış

Rusiyada Sankt-Peterburq sakini Anton Dimov bir gecədə on kliniki ölüm keçirib.

“RİA Novosti” xəbər verir ki, anadangəlmə genetik tromboflebiyadan əziyyət çəkən həmin şəxsdə tromb yaranıb və ağciyər arteriyasına daxil olub.

Dimovun sözlərinə görə, isti duşdan sonra özünü pis hiss edib.

O, Sankt-Peterburq xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və tənəffüs aparatına qoşulub.

Bundan sonra onda qan dövranı dayanıb. Növbəti on iki saat ərzində kişinin ürəyi on dəfə dayanıb.

“Həkimlər hər dəfə təkrar-təkrar effektiv ürək fəaliyyətini bərpa ediblər”, – deyə xəstəxanadan bildirilib.

Xəstənin vəziyyəti sabitləşdikdə, üç gün süni komaya salınıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678