Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Onlayn konfrans zamanı məmurun arvadı kameralarda çılpaq göründü – VİDEO

139 Baxış

Cənubi Afrikanın Milli Ənənəvi Liderlər Evi ilə ölkə rəhbərliyi arasındakı “Zoom” video bağlantısı məmurlardan birinin arvadının kamera qarşısında çılpaq görünməsi ilə yarımçıq qalıb.

Bu barədə “Daily Mirror” xəbər yayıb.

Bildirilir ki, kuryoz hadisə Ksolile Ndevunun çıxışı zamanı baş verib. O, həmkarları ilə Şərqi Keyp vilayətində pandemiyaya qarşı mübarizədəki vəziyyət barədə danışarkən arxasında çılpaq qadın görünüb. Tədbir iştirakçılarından bəziləri gülməyə başlayıb, hökumət yanında komitələrdən birinin rəhbəri Feyt Mutambi isə konfransın dərhal dayandırılmasını istəyib. O, “siz axı canlı yayımdasınız, televiziyadasınız” deyə hiddətlə bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678