Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Danimarkadan qəddar addım: Koronavirus şübhəsi olan su samurları diri-diri yandırıldı – VİDEO

177 Baxış

Danimarka koronavirusun mutasiyaya uğramış forması səbəbindən su samurları (mink) diri-diri yandırılıb.

Bu barədə REN TV xəbər yayıb.

Bildirilir ki, hökumət heyvanların bəzilərində koronavirusun bu növünü aşkar etdikdən sonra 17 milyon su samurunun məhv edilməsi barədə qərar verib. Ancaq qətl qeyri-humanist üsulla həyata keçirilib. Belə ki, heyvanların çox qaz kamerasında sağ qalıb. Bundan sonra onlar krematoriyada diri-diri yandırılıblar.

Su samurlarının öldürülməsi ilə bağlı qərarı baş nazir Mette Frederiksen verib. Lakin hüquqşünaslar və bir çox siyasətçilər qərarın qanuniliyinə öz şübhələrini ifadə ediblər. Hazırda hökumət başçısına qarşı məhkəmə prosesi hazırlanır.

Xatırladaq ki, noyabrın 5-də  Danimarka hökuməti koronavirusun mutasiyaya uğramış forması səbəbindən fermalarda 17 milyon su samurunu öldürmə barədə qərar vermişdi.

Məlum olub ki, yeni növ koronavirus orqanizmin anticism istehsaletmə qabiliyyətini azaldır, bu isə COVID-19-ə qarşı peyvəndin effektivliyinə kəskin təsir göstərir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678